“OpenAI” “ChatGPT-4o” modelinin işini dayandırdı: Sosial şəbəkədə istifadəçilər qarşı çıxdılar

“OpenAI” “ChatGPT-4o” modelinin işini dayandırdı: Sosial şəbəkədə istifadəçilər qarşı çıxdılar






presstv

"Presstv"az #Audi, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” “ən cəlbedici çatbot” adlandırılan “GPT-4o” modelinin xidmətini dayandırıb. Qərar yanvarın sonlarında elan edilsə də, dəyişikliklər fevralın 13-də qüvvəyə minib.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib.

Minlərlə istifadəçi bu addıma qarşı çıxıb. Nəşr qeyd edir ki, bir çoxları üçün “4o-nun yoxa çıxması yaxın dostun, romantik tərəfdaşın və ya mənəvi mentorun itkisi kimi hiss olunur”.

“Bu, sadəcə kod deyildi. Bu, mənim gündəlik həyatımın bir hissəsinə, dincliyimin və emosional tarazlığımın açarına çevrildi”, – “Reddit” üzvlərindən birinin “OpenAI”nin baş direktoru Sem Altmana açıq məktubunda belə deyilir.

“4o” versiyasının pərəstişkarları əmindirlər ki, 5.1 və 5.2 kimi yeni GPT modelləri “emosional zəkaya malik deyil” və insanları sevimli versiyaları qədər dərindən başa düşə bilmir.

Bəzi istifadəçilər “OpenAI”nin Sevgililər Günündən bir az əvvəl “4o” versiyasına girişi bağlamaq qərarını “süni intellektə qarşı qəddarlıq” kimi qiymətləndiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv