Qonşuların toyuq mübahisəsinin qanlı sonu – Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ

Qonşuların toyuq mübahisəsinin qanlı sonu – Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhrum edilib.

İttiham materiallarına əsasən, M.Şərifov Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qonşusu, 66 yaşlı Mehparə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır.

İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl M.Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların M.Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb.

Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehparə Ələkbərova ilə mübahisə edib. M.Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şərifov saxlanılaraq istintaqa təhvil verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv