BDYPİ-dən sürücülərə mühüm çağırış: “İkinci cərgədə park etmək tıxacın əsas səbəbidir”

BDYPİ-dən sürücülərə mühüm çağırış: “İkinci cərgədə park etmək tıxacın əsas səbəbidir”






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #DİN, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxt yollarında süni sıxlıq yaradanlara qarşı rəsmi xəbərdarlıq

        Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) presstvaz-a verilən məlumata görə, yol hərəkəti qaydalarına ciddi əməl olunması həm hərəkət iştirakçılarının təhlükəsizliyi, həm də nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti üçün vacibdir.

Məsuliyyətsiz davranış tıxac yaradır Aparılan müşahidələr göstərir ki, xüsusilə paytaxt Bakının küçə və prospektlərində sürücülər tərəfindən avtomobillərin icazə verilməyən yerlərdə saxlanılması halları hələ də geniş yayılıb. presstvaz xəbər verir ki, sürücülərin nəqliyyat vasitələrini yolun ikinci hərəkət zolağında saxlaması yollarda süni sıxlığın yaranmasına səbəb olan əsas amillərdən biridir.

BDYPİ-nin müraciətində qeyd olunur:

        “Bu cür məsuliyyətsiz davranışlar yolun bir hissəsində hərəkət intensivliyinin azalmasına, nəqliyyat axınının ləngiməsinə və nəticədə yüzlərlə sürücünün vaxt itkisinə – tıxaclara gətirib çıxarır.”

Qaydalara əməl etmək hər kəsin borcudur Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, nəqliyyat vasitələrinin dayanması və durması yalnız qanunla icazə verilən xüsusi yerlərdə həyata keçirilməlidir. İdarə vurğulayır ki, təhlükəsiz və rahat yol hərəkəti hər bir vətəndaşın fərdi məsuliyyətindən asılıdır.

       Sürücülərdən digər hərəkət iştirakçılarına qarşı hörmətlə yanaşmaq və yollarda lüzumsuz maneələr yaratmamaq xahiş olunur.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv