İsveçrədə referendum keçiriləcək – SƏBƏB

İsveçrədə referendum keçiriləcək – SƏBƏB






presstv

"Presstv"az #Audi, #Avropa, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçrə hakimiyyəti ölkə əhalisinin sayının 10 milyon nəfəri keçməməsi üçün referendum keçirməyi planlaşdırıb.

presstvaz xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

“Sağçı müxalifət partiyasının apardığı kampaniyadan sonra hökumət iyun ayında immiqrasiyanın məhdudlaşdırılması üzrə tədbirlərin təklif olunacağı referendum təşkil edəcək”, – deyə nəşr yazıb.

Qeyd olunur ki, referendumda immiqrasiyanı məhdudlaşdırmaqla 2050-ci ilə qədər ölkə əhalisinin sayının 10 milyonu keçməməsi məsələsi qaldırılacaq. Qanunvericilik səviyyəsində bu tədbir Avropa İttifaqı ilə sərbəst hərəkət haqqında sazişə yenidən baxılmasını və əcnəbilərin daimi yaşayış icazəsi almasına əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

“Vətəndaşlarımız həddindən artıq yüklənmiş infrastrukturdan, mənzil kirayəsi qiymətlərinin artmasından və yerli kimliyin aşınmasından yorulublar”, – deyə İsveçrə Xalq Partiyasının deputatı Tomas Matter bildirib.

Nəşr bildirir ki, referendumla bağlı vəziyyət on il əvvəl qitədə baş verən miqrasiya böhranından sonra Avropada kütləvi şəkildə yaranan antimiqrant əhvali-ruhiyyəsini əyani şəkildə nümayiş etdirir.

Qeyd edək ki, İsveçrənin əhalisi son rəsmi məlumatlara görə 9 milyonu keçib. Son illərdə, xüsusilə 2022-ci ildən bəri, ölkədə 1960-cı ildən bəri ən yüksək illik artım tempi (1.7%) müşahidə olunub. Əhali artımında xarici vətəndaşların (əhalinin 27.1 faizi) rolu böyükdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv