Milyonluq əmlak satışı və gizli sövdələşmələr: Avropa Komissiyasında nə baş verir?

Milyonluq əmlak satışı və gizli sövdələşmələr: Avropa Komissiyasında nə baş verir?






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Belçika, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçika polisi daşınmaz əmlak obyektlərinin satışı ilə bağlı aparılan istintaq çərçivəsində Avropa Komissiyasının bir sıra binalarında axtarış həyata keçirib.

presstvaz xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Əməliyyatın gedişi ilə tanış olan iki mənbənin bildirdiyinə əsasən, fevralın 12-də səhər saatlarında büdcə departamenti də daxil olmaqla, müxtəlif inzibati binalarda axtarış aparılıb.

Məlumata görə, istintaq Avropa Komissiyasının əvvəlki tərkibində Yohannes Hanın büdcə üzrə Avropa komissarı vəzifəsində çalışdığı dövrdə Avropa İttifaqında (Aİ) həyata keçirilmiş daşınmaz əmlak satışı ilə bağlıdır.

Yohannes Han Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasında 2019-cu il dekabrın 1-dən etibarən büdcə məsələləri üzrə Avropa komissarı vəzifəsini icra edib. O bu vəzifədə komissiyanın səlahiyyət müddəti başa çatanadək – 2024-cü ilə qədər fəaliyyət göstərib. Vəzifəsindən ayrıldıqdan sonra isə Aİ-nin Kipr üzrə xüsusi nümayəndəsi təyin olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv