Ukraynada sülh referendumu və seçki şoku: Kiyev çətin seçim qarşısında

Ukraynada sülh referendumu və seçki şoku: Kiyev çətin seçim qarşısında






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Kiyev, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin fevral ayında seçki və sülh sazişi üzrə referendum barədə qərar verəcəyi iddia olunub. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna tərəfindən hər iki səsvermənin mayın 15-dək keçirilməsini tələb edib, əks halda təhlükəsizlik zəmanətlərinin ləğv ediləcəyi ilə hədələyib. Zelenski isə təhlükəsizliklə bağlı vəziyyətin həlledici amil olaraq qaldığını və seçki prosesi üçün təhlükəsizlik təmin edilmədiyi təqdirdə heç bir bəyanatın verilməyəcəyini vurğulayıb.

presstvaz bildirir ki, İddialarla bağlı   Oxu.az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, prezident seçkisinin, xüsusilə də ümumxalq referendumunun keçirilməsi ən azı atəşkəsin təmin olunması şərti ilə mümkündür:

Ukraynada sülh referendumu və seçki şoku: Kiyev çətin seçim qarşısında

“Hazırda Rusiyanın orta və ya uzunmüddətli atəşkəsə gedə biləcəyinə dair heç bir əlamət yoxdur. Biz görürük ki, Rusiya yaz-yay hücum kampaniyasına fəal şəkildə hazırlaşır. Buna görə də bu amil Ukraynada artıq may ayında seçkinin və ya referendumun keçirilə biləcəyi ilə qətiyyən uyğun gəlmir”.

“İkinci mühüm məqam isə ondan ibarətdir ki, seçki keçirilirsə, seçkiqabağı yarış və namizədlərin buna hazırlığı lazımdır. Yəni Ukrayna konstitusiyasına əsasən, seçkiqabağı proses azı altı ay davam etməlidir. Bu proses isə aktiv döyüş əməliyyatları olmadan və atəşkəs şəraitində baş tutmalıdır. Üstəlik, səslərin sayılması və sonrakı inaqurasiya prosesi də nəzərə alınarsa, minimum altı aylıq hazırlıq müddəti artıq göstərir ki, may ayında seçki keçirmək mümkün deyil”, – deyə ekspert vurğulayıb.

* Avropa seçim qarşısında: Rusiyanın enerjisi, yoxsa Ukraynanın təhlükəsizliyi?

Müsahibimiz referendumla bağlı şayiələrə də münasibət bildirib. Onun sözlərinə görə, referendum Ukrayna vətəndaşlarının müvafiq müraciəti əsasında təyin olunur:

“Bunu hansısa üçüncü tərəf, deputat və hətta prezident belə təyin etmir. Söhbət vətəndaşların təşəbbüsü ilə, ölkə rəhbərliyinə ünvanlanan müraciət əsasında təşkil olunan səsvermədən gedir. Hazırda cəmiyyətdə belə bir referendumun keçirilməsi ilə bağlı hər hansı bir tələb yoxdur. Əksinə, cəmiyyətdə əhvali-ruhiyyə tamamilə fərqlidir. Buna görə də bütün bu bəyanatlar daha çox siyasi və populist xarakter daşıyır, xüsusilə də, məsələn, ABŞ tərəfinin Ukraynada seçki keçirilməsinin zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər fonunda. Ukrayna da amerikalı tərəfdaşlarına buna hazır olduğunu, lakin eyni zamanda, bu proseslərin hazırda Ukraynada niyə mümkün olmadığını izah edə bilər. Çünki əsas səbəb Rusiyadır. Moskva nə atəşkəsə, nə də sülhə hazırlaşır, əksinə, 2026-cı il ərzində, xüsusilə yaz və yay aylarında aktiv hərbi əməliyyatlar planlaşdırır. Buna görə də hesab etmirəm ki, xüsusilə may ayı üçün bu prosesi real bir şey kimi qiymətləndirmək olar. Əksinə, bu, sadəcə, danışıqlardır və onların arxasında danışıqlar qrupları səviyyəsində diplomatik müzakirələr dayanır. Lakin bu prosesi reallaşdırmaq faktiki olaraq mümkün deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv