Aİ-nin Azərbaycandakı səfiri: “Naxçıvan Orta Dəhliz üzrə mühüm strateji bölgədir”

Aİ-nin Azərbaycandakı səfiri: “Naxçıvan Orta Dəhliz üzrə mühüm strateji bölgədir”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Naxçıvan Muxtar Respublikası, #Orta Dəhliz

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

presstvaz xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib. Həmçinin Naxçıvanın iqtisadi potensialı, həmçinin bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştlərinin əhəmiyyəti və regionun gələcəkdə azad iqtisadi zonaya çevriləcəyi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Mariyana Kuyundziç ilk biznes səfərinə Naxçıvan Muxtar Respublikasından başlamasının əhəmiyyətini vurğulayıb. Qarşıdakı illərdə Avropa İttifaqı tərəfindən həyata keçiriləcək layihələrin iqtisadi aspektləri müzakirə edilib. Eləcə də sabah baş tutacaq “Merlər Razılaşması-Şərq” layihəsinin təqdimat konfransının əhəmiyyətinə toxunulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv