Azərbaycanda son 24 saatın kriminogen durumu: DİN əməliyyatların nəticələrini açıqladı

Azərbaycanda son 24 saatın kriminogen durumu: DİN əməliyyatların nəticələrini açıqladı






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #DİN, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polisdən genişmiqyaslı əməliyyat: 121 nəfər saxlanıldı, 18,5 kq narkotik dövriyyədən çıxarıldı

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a verilən  məlumata görə, fevralın 11-də ölkə ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən əməliyyatlar zamanı mühüm nəticələr əldə olunub.

Cinayətlərin açılması və axtarışda olanların saxlanılması Ötən gün ərzində qeydə alınan 48 cinayət hadisəsinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Axtarışda olduğu üçün ümumilikdə 121 nəfər saxlanılıb ki, onlardan da 91-i borclu şəxs qismində axtarılanlardır. Həmçinin, müxtəlif cinayətlərdə şübhəli bilinən daha 35 nəfər ədalət mühakiməsinə təslim edilib.

 Dələduzlara və qanunsuz silah saxlayanlara qarşı mübarizə  presstvaz-ın əldə etdiyi məlumata əsasən, polisin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan 8 nəfər tutularaq istintaqa cəlb olunub. Qanunsuz saxlanılan silahların yığılması çərçivəsində isə paytaxt və rayonlarda:

  • 2 avtomat silahı;

  • 26 tüfəng;

  • 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Narkotik dövriyyəsinə ağır zərbə Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən 25 fakt üzrə əməliyyatlarda ümumi çəkisi 18,5 kiloqrama yaxın narkotik vasitə və 306 ədəd güclü təsiredici xassəyə malik həb dövriyyədən çıxarılıb.

           İtkin düşənlər tapılaraq ailələrinə təhvil verilib DİN-in məlumatında o da vurğulanır ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarılan 12 nəfərin yeri polis tərəfindən müəyyən edilib. Onlar sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv