Şərurda minik avtomobili yük maşını ilə toqquşdu, xəsarət alanlar var

Şərurda minik avtomobili yük maşını ilə toqquşdu, xəsarət alanlar var






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Hadisə, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Türkiyə, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə Şərur-Sədərək magistral yolunun rayonun Daşarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı nəqliyyat vasitəsi Türkiyə dövlət nömrə nişanlı iritonnajlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv