Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #elmi tədqiqat, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Kəmaləddin Heydərov, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 11-də Fövqəladə Hallar Nazirliyi (FHN) və ADA Universiteti arasında Birgə Fəaliyyət haqqında Memorandum imzalanıb.

presstvaz bildirir ki, bu barədə   Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Təhsil, elmi-metodiki və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Memoranduma əsasən, tərəflər tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, birgə elmi tədqiqat və araşdırmaların aparılması, seminar, mühazirə, treninq və elmi konfransların keçirilməsi, nazirlik sistemində çalışan mütəxəssislərin peşə hazırlığının artırılmasına dəstək, qabaqcıl tələbələrin təcrübə keçməsi, məzunların məşğulluq perspektivləri və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə FHN və ADA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Birgə Fəaliyyət haqqında Memorandum üzrə görüləcək işlər nəzərdən keçirilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv