Səfirlik: ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb

Səfirlik: ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #İlham Əliyev, #Nəqliyyat, #Türkiyə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb.

presstvaz xəbər verir ki, bu barədə AZƏRTAC-a ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu missiya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilib. Həmçinin müxtəlif istiqamətlər üzrə dəyirmi masalar, siyasi dialoqlar, görüşlər olub.

ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi deyib ki, bu ilk biznes missiyası ABŞ-ın özəl sektoru ilə Azərbaycan Hökuməti və biznes dairələri arasında yeni dialoq kanallarını açır. “Son iki gün ərzində biz iqtisadi prioritetlər, investisiya mühiti və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi önəmli sahələrdə uzunmüddətli tərəfdaşlıq məsələlərini müzakirə etdik”, – deyə o əlavə edib.

Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, ABŞ-ın 30 aparıcı şirkətinin bu tarixi səfəri iki ölkənin münasibətlərində mühüm mərhələdir. “Bundan əlavə, səfər Prezident Trampın Cənubi Qafqazda davamlı sülh və rifah baxışının həyata keçirilməsi istiqamətində növbəti addımdır”, – deyə o qeyd edib.

“Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros isə bildirib: “Biz bu mühüm biznes missiyasını və Azərbaycanın inkişaf edən rəqəmsal ödəniş ekosistemini dəstəkləməkdən qürur duyuruq. “Visa” innovasiyaların, maliyyə inklüzivliyinin və biznesləri gücləndirən, ölkənin iqtisadi transformasiyasını dəstəkləyən təhlükəsiz nağdsız həllərin təşviqinə sadiqdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv