Trampdan Kanadaya sərt xəbərdarlıq – Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?

Trampdan Kanadaya sərt xəbərdarlıq – Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Barak Obama, #Çin, #Donald Tramp, #Kanada, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ dövlət başçısı Donald Tramp bəyan edib ki, rəsmi Ottava Vaşinqtona strukturun mülkiyyət hüququnun 50 faizini təhvil verməyənə qədər Ontario ilə Miçiqanı birləşdirən körpü istifadəyə verilməyəcək.

presstvaz bildirir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial media hesabında paylaşım edib.

“Kanada ABŞ-yə layiq olduğu ədaləti və hörməti göstərənədək həmin körpünün açılışına icazə verməyəcəyəm. Danışıqlara dərhal start verəcəyik. Onlara təqdim etdiklərimizi nəzərə alsaq, bu aktivin ən azı yarısı bizim olmalıdır”, – deyə ABŞ prezidenti qeyd edib.

Tramp iki dövlət arasında sözügedən problemin yaranmasına görə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı ittiham edib.

Həmçinin ABŞ prezidenti Kanada hökumətinin Çinlə razılaşma əldə etmək niyyətlərini yenidən tənqid atəşinə tutub. O xəbərdarlıq edib ki, əgər belə bir hal yaşanarsa, Kanadada hokkeyi dayandıra və Stenli Kubokunu birdəfəlik ləğv edə bilər.

Xatırladaq ki, ABŞ lideri daha öncə Ottava və Pekin arasındakı yaxınlaşmaya cavab olaraq, Kanadadan gələn bütün məhsullara 100% gömrük rüsumu tətbiq ediləcəyini elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv