Almaniyada əcnəbilər üçün dil imtahanları ilə bağlı saxta sxem aşkar edilib

Almaniyada əcnəbilər üçün dil imtahanları ilə bağlı saxta sxem aşkar edilib






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Audi, #Bavariya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada polis əcnəbilər üçün dil imtahanları ilə bağlı saxta sxem aşkar edib.

presstvaz xəbər verir ki, bu barədə “Spiegel” nəşri bildirib.

Qeyd olunub ki, bir neçə şübhəli şəxsin əcnəbilərin yerinə alman dili və vətəndaşlıq imtahanlarından keçdikləri iddia edilir. Məsələ ilə bağlı Bavariya və Şimali Reyn-Vestfaliya əyalətlərindən olan iki nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Nürnberqdən olan 39 yaşlı şübhəli alman dilini yaxşı bilən şəxslərin saxta sənədlərdən istifadə edərək dil imtahanlarına “vasitəçi” kimi göndərilməsini təşkil edib. İmtahandan uğurla keçdikdən sonra iştirakçılar orijinal sertifikat alıblar və onu yaşayış və ya vətəndaşlıq üçün səlahiyyətli orqanlara təqdim ediblər. Müştərilərdən hər imtahan üçün 2 500 avro ilə 6 000 avro arasında ödəniş tələb olunub.

Ötən ay müstəntiqlər imtahan zamanı 22 yaşlı “vasitəçi”ni də həbs ediblər. Nürnberq və Hamm şəhərlərində aparılan sonrakı axtarışlar zamanı çoxsaylı məlumatdaşıyıcı cihazlar, saxta yaşayış icazələri və dil testləri, həmçinin külli miqdarda nağd pul və az miqdarda narkotik aşkar edilib.

Bütün ölkə üzrə araşdırmalar davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv