Yanlış təqdimatlar qida sahəsində nəzarətin etibarlılığını şübhə altına alır

Yanlış təqdimatlar qida sahəsində nəzarətin etibarlılığını şübhə altına alır






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Jurnalistlər, #Mətbuat Şurası, #Qida məhsulları, #Rəşad CƏFƏRLİ, #Sağlamlıq, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbuat Şurası mediaya çağırış etdi

       Azərbaycan Mətbuat Şurası media materiallarının hazırlanmasında etik prinsiplərə əməl olunmasının vacibliyinə dair açıqlama yayıb. Bildirilib ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsasən, media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç əsas meyar üzrə müəyyənləşdirilir: sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi, eləcə də cəmiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi riskinin aradan qaldırılması.

Qeyd olunub ki, Azərbaycan jurnalistləri fəaliyyətlərində bu prinsipləri əsas götürsələr də, bəzən fərqli və narahatedici tendensiyalar müşahidə olunur.

       Media orqanlarında müxtəlif qida məhsullarının zərərli olması ilə bağlı fikirlərin, ekspert rəylərinin və çıxışların yer alması artıq adi hal alıb. Eyni zamanda, qida bazarındakı bəzi məhsulların tamamilə keyfiyyətsiz olması barədə dəqiq yoxlanılmamış məlumatların yayılması halları da mövcuddur. Bu barədə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı müraciətdə ətraflı məlumat verilib. Müraciətdə bu tip materialların təkcə ayrı-ayrı şirkətlərin deyil, bütövlükdə satış və ərzaq təminatı sisteminin nüfuzuna, eləcə də ölkədəki iqtisadi etimad mühitinə ciddi zərər vurduğu vurğulanıb.

presstvaz   bildirir ki, Mətbuat Şurası yanlış təqdimatların və yoxlanılmamış məlumatların yayılmasının qida sahəsində mövcud olan dövlət nəzarət mexanizmlərinin etibarlılığına şübhə yaratdığını, nəticədə isə vətəndaşlarda dövlət qurumlarına inamsızlıq kimi mənfi hallara yol açdığını qeyd edib.

       Mətbuat Şurası “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin mövqeyini bölüşərək belə qənaətə gəlib ki, qida və pərakəndə sektorla bağlı iddialar yalnız ciddi faktlara və etibarlı mənbələrə əsaslanmalıdır. Media orqanları və jurnalistlər bu sahədə fikir bildirən şəxslərin statusunu, peşəkarlıq səviyyəsini və məsuliyyətini mütləq nəzərə almalıdırlar.

Açıqlamada vurğulanıb ki, qida təhlükəsizliyi cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib tərkib hissəsidir. Bu baxımdan jurnalistlər kimlərinsə reputasiyasına zərər vurmağa hesablanmış, dezinformasiya xarakterli məlumatların yayılmasında alətə çevrilməməli, yalnız dəqiq və təsdiqlənmiş informasiyaların işıqlandırılmasına üstünlük verməlidirlər. Qeyd olunub ki, yüksək həssaslıq peşə prinsiplərinə və sivil jurnalistika dəyərlərinə sədaqətin əsas göstəricisidir.

       Mətbuat Şurası eyni zamanda hesab edir ki, ictimai maraqların qorunması məqsədilə müvafiq dövlət qurumları və sahə təşkilatları da vətəndaşların qida təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı məsələlərdə operativ və şəffaf yanaşma nümayiş etdirməli, cəmiyyətin yanlış istiqamətləndirilməsinin qarşısını vaxtında almalı və medianın etibarlı informasiyalarla təmin olunmasında boşluqlara yol verməməlidirlər.

Rəşad CƏFƏRLİ,

  presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.