Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır

Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Kitab, #Özbəkistan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri bu gün intibah dövrünü yaşayır. Minilliklərdən bu günə qədər uzanan tarixi bağlarımız iki ölkə rəhbərlərinin səmimi münasibətləri sayəsində daha da möhkəmlənir və inkişaf edir.

Bu fikirləri presstvaz-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə bildirib. Onun sözlərinə görə, təqdimatı keçirilən Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin Azərbaycan dilinə tərcüməsi Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə ərsəyə gəlib.

“Əsər filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi əsasında hazırlanıb və bu, elmi-mədəni əlaqələrin bariz nümunəsidir”, – deyə o qeyd edib.

Gələcək planlardan danışan Sahib Paşazadə bildirib ki, qarşıdakı dövrdə daha bir neçə kitabın nəşri nəzərdə tutulur. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri və digər qurumlarla əməkdaşlıq barədə memorandumlar imzalanıb.

“Bu kimi təşəbbüslər mədəni əlaqələrə son dərəcə müsbət təsir göstərir. Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi artıq illərdir uğurla çalışır və onun fəaliyyəti nəticəsində yüzlərlə Azərbaycan kitabı özbək dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. Bundan əlavə, Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində Azərbaycan mütəfəkkirlərinin adına auditoriyalar açılıb”, – deyə Sahib Paşazadə əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv