10 yeni dövlət standartının qəbul olunması planlaşdırılır

10 yeni dövlət standartının qəbul olunması planlaşdırılır






presstv

"Presstv"az #Azərbaycan, #elmi tədqiqat, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda sənaye təhlükəsizliyi üzrə 10 yeni dövlət standartı layihəsi müzakirə edilib.

presstvaz Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, bu, (AZSTAND) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsis edilən "Sənaye təhlükəsizliyi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) onlayn iclası zamanı baş tutub.

İclasda həmçinin AZSTAND, eləcə də Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun nümayəndələri iştirak ediblər.

İclas zamanı beynəlxalq və dövlətlərarası standartlar əsasında hazırlanmış liftlərə, pirotexniki məmulatlara, sənaye partlayıcı materiallara, stasionar qazanlara, pnevmoötürücülərə, boru kəməri armaturu və təbii qazın təyini üsullarına dair 10 yeni dövlət standartı layihəsinin müzakirəsi aparılıb.

Sözügedən standartların qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub. Sonda Texniki Komitənin cari fəaliyyəti, "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, "AZSTAND/TK 50-nin yaradılmasında əsas məqsəd sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq standartların öyrənilməsi, dövlət standartlarının hazırlanması və tətbiqində maraqlı tərəflərin iştirakının təmin edilməsidir./Trend


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv