ABŞ Çinlə rəqabət üçün Afrikada mədən sənayesinə nüfuz edir

ABŞ Çinlə rəqabət üçün Afrikada mədən sənayesinə nüfuz edir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Konqo Demokratik Respublikası (KDR), #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Afrikada mədən sənayesi üzrə kütləvi müqavilələr bağlamağa qərarlıdır.

Amerika Birləşmiş Ştatları sənayedə Çinlə rəqabət aparmaq üçün Konqo Demokratik Respublikası (KDR) və digər Afrika ölkələrindəki şirkətlərlə əvvəlcədən hasilat və ya “off-take” anlaşmaları imzalayır.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi ekspertlərə istinadən məlumat yayıb.

“Vaşinqton yerli mədənləri birbaşa idarə etmək əvəzinə maliyyə imkanlarından yararlanır. ABŞ Konqo misini amerikalı alıcılara ötürməklə KDR-də mədənlərin istismarının siyasi və əməliyyat risklərindən yayınır”, – deyə “Control Risks” analitik şirkətinin eksperti Vinsent Rocer agentliyə bildirib.

ABŞ əsasən Zambiya, Qvineya və KDR-də mineral hasilatına diqqət yetirir. Pekindən fərqli olaraq, Vaşinqton işçilərini Afrikaya göndərmir və mədənləri birbaşa idarə etmir, bunun əvəzinə yerli şirkətlərlə müqavilələr bağlayır. Nümunə olaraq, KDR-də 3 000 kvadrat kilometrdən çox mis və litium yataqlarına sahib, lakin bürokratiya səbəbindən orada mədənçilik etməyən ABŞ şirkəti “KoBold Metals” göstərilir.

Buna baxmayaraq, Çin şirkətləri KDR-dəki ən böyük mis və kobalt yataqlarının bir çoxuna nəzarət edir. Ölkə dünyada kobaltın aparıcı təchizatçısıdır və Çin şirkətləri yataqlarda birbaşa fəaliyyət göstərərək bazara ABŞ-dan daha sürətlə daxil olur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv