İki komanda Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb

İki komanda Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb






presstv

"Presstv"az #Argentina, #Audi, #Bakı, #Kolumbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentinada başa çatan çövkən üzrə Cənubi Amerika çempionatının nəticələrinə əsasən, dünya çempionatına vəsiqə qazanan növbəti komandalar müəyyənləşib.

presstvaz xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ilk dəfə təşkil edilən qitə çempionatının birinci günündə Argentina və Uruqvay komandaları arasında baş tutan qarşılaşma 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşıb. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurub. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəliblər və oyun 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələnib.

Beləliklə, Uruqvay yığması qitə çempionatının qalibi olaraq birbaşa dünya çempionatına vəsiqə qazanıb. Çili komandası isə ikinci yeri tutaraq qitəni dünya səhnəsində təmsil etmək hüququ əldə edib.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatı bu ilin iyun ayında Bakıda keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv