Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir






presstv

"Presstv"az #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermə prosesi başa çatıb.

presstvaz xəbər verir ki, Tailandın Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Baş nazir Anutin Çarnvirakulun rəhbərlik etdiyi mühafizəkar “Bhumcaytay” Partiyası liderlik edir. Səslərin 25 faizinin nəticələrinə əsasən, mühafizəkar partiya 500 yerlik parlamentdə 100 yer, islahatçı Xalq Partiyası isə 90-dan az yer qazanıb. Ehtimallara görə, “Bhumcaytay” Partiyası Nümayəndələr Palatasında 150 yer qazana bilər. Mühafizəkarların təkbaşına hökuməti qurmaq üçün tələb olunan 251 yeri qazanması real görünmədiyi üçün koalisiya qaçılmazdır.

İlkin nəticələr ilə yanaşı, 3 rəy sorğusundan ikisi “Bhumcaytay” Partiyasının, biri isə Xalq Partiyasının qalib gəldiyini göstərir.

Qeyd edək ki, fevralın 8-də Tailandda parlamentin Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə keçirilib. Baş nazir Anutin Çarnvirakulun mühafizəkar “Bhumcaytay” partiyası müxalif Xalq və “Pheu Tailand” partiyalarına qarşı mübarizə aparıb. Parlament seçkisi ilə yanaşı, yeni konstitusiyasının hazırlanmasına ölkə vətəndaşlarının rəyini öyrənmək üçün referendum da keçirilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv