“Sabah”ın baş məşqçisi: “Ölkədə təkcə “Qarabağ” yox, başqa komandalar da var”

“Sabah”ın baş məşqçisi: “Ölkədə təkcə “Qarabağ” yox, başqa komandalar da var”






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Bakı, #Mətbuat konfransı, #Neftçi, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mən buraya gəlmişəm ki, “Sabah” haqda suallara cavab verim. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm”.

presstvaz xəbər verir ki, bu sözləri “Sabah”- “Araz-Naxçıvan” matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas “Neftçi” – “Qarabağ” matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

“Qarabağ” haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. “Sabah”ın oyununa gəlirsiniz və mənə “Qarabağ” haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə “Qarabağ” mövcud deyil, başqa komandalar da var. Mən “Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram”, – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1 hesabla məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv