“Neftçi” ilə matça “Qarabağ” azarkeşləri buraxılmadılar

“Neftçi” ilə matça “Qarabağ” azarkeşləri buraxılmadılar






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Bakı, #Futbol, #Hadisə, #Neftçi, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” – “Qarabağ-2” matçında maraqlı anlar yaşanıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.

Əldə etdiyimiz məlumata görə, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.

Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.

Peşəkar Futbol Liqasından bildirilib ki, hazırda matç davam edir:

“Hər zaman olduğu kimi, oyun bitdikdən sonra AFFA nümayəndəsinin qeydlərinə əsasən müzakirələr aparıla bilər”.

Qeyd edək ki, son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır. “Köhlən atlar” UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki “Nyukasl”la oyuna görə Premyer Liqanın XXV turu çərçivəsində fevralın 21-də “Neftçi” ilə keçiriləcək görüşün təxirə salınmasını istəyib. Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan “Qarabağ” rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv