Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri

Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #kompüter oyunları, #Psixoloq, #Sosial şəbəkələr, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Etik davranış qaydaları, müəllim-şagird münasibətləri, məktəbdaxili nəzarət mexanizmləri kimi amillər uşaqların təlim-tərbiyəsində mühüm rol oynayır.

Təhsil ocaqları təkcə bilik verən deyil, eyni zamanda nizam-intizamın və sağlam psixoloji mühitin təminatçısı olmalıdır.

Lakin son dövrlər məktəblərdə baş verən insidentlər ürəkaçan deyil.

Sakinlər Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, bu halların əsas səbəblərindən biri sosial şəbəkələr və valideyn nəzarətində mövcud olan boşluqlardır.

Psixoloq Nərgiz Süleymanlı qeyd edir ki, uşaqlar getdikcə virtual dünyaya daha çox meyil etməyə başlayırlar:

“Bu hal uşaqların öz daxilində sevilməyən və təcrid olunmuş vəziyyətə düşməsinə səbəb olur. Mütləq şəkildə valideyn, məktəb və uşaq arasında əməkdaşlıq çox ciddi formada qurulmalıdır. Hər bir uşağa qrup və fərdi şəkildə individual yanaşma tətbiq edilməlidir. Burada psixoloji iş son dərəcə vacibdir”.

Belə halların qarşısını almaq məqsədilə bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılır, aqressiv kompüter oyunlarına girişin qarşısı alınır.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə təhsil sistemində müəllimlə yanaşı valideyn də məsuliyyət daşıyır:

“Bizdə isə bu məsuliyyət bölgüsü demək olar ki, yoxdur. Uşağı məktəbə göndərirlər ki, orada inkişaf etsin. Halbuki uşaq ilk növbədə ailədə formalaşır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv