Qış Olimpiya Oyunları-2026: Yarışların ilk gününün medalçıları

Qış Olimpiya Oyunları-2026: Yarışların ilk gününün medalçıları






presstv

"Presstv"az #Audi, #Çin, #Doğum günü, #İtaliya, #Kanada, #Norveç, #Paris, #Snoubord, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarınn ilk yarış günündə beş medal dəsti sahiblərini tapıb.

presstvaz xəbər verir ki, ilk qızıl medalı 24 yaşlı isveçrəli dağ xizəkçisi Franyo fon Allmen qazanıb.

O, kişilər arasında sürətli eniş yarışında qalib gəlib. İtaliyalı Covanni Franzoni və Dominik Paris gümüş və bürünc medal qazanıblar.

İsveçli Frida Karlsson qadınlar arasında skiatlon yarışında Olimpiya çempionu olub. Həmyerlisi Ebba Andersson gümüş, norveçli Heydi Venq isə bürünc medala layiq görülüblər.

Ev sahibi İtaliya üçün Olimpiadada ilk qələbəni Françeska Lollobricida təmin edib. Öz doğum günündə yarışan Lollobricida təkcə qızıl medal qazanmaqla kifayətlənməyib, həm də qadınların 3 000 metrlik sürətli konkisürmə yarışında 3:54.28 dəqiqəlik nəticə göstərərək yeni Olimpiya rekordunu müəyyənləşdirib. Norveçli Raqne Viklund gümüş, kanadalı Valeri Malhe isə bürünc medal qazanıblar.

Bundan başqa, qadınlar arasında tramplindən tullanma yarışında norveçli Anna Odin Ström qızıl slovaniyalı Nika Prevts gümüş, yaponiyalı Nodzomi Maruyama isə bürünc medal qazanıblar.

Kişilərin snoubord yarışında Yaponiya iki medal əldə edib. Biq-eyr növündə Kira Kimura qızıl, Rema Kimata isə gümüş medal qazanıb. Biq-eyr üzrə hazırkı dünya çempionu, Çin idmançısı Yimin Su bu dəfə bürünc medalla kifayətlənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv