Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar






presstv

"Presstv"az #Alyona Əliyeva, #Audi, #Azərbaycan, #Gəncə şəhəri, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İdman, #Kitab, #Leyla Əliyeva, #Mehriban Əliyeva, #Nəqliyyat, #Orta məktəb, #Sağlam həyat tərzi, #Təhsil, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Leyla Əliyeva Alyona Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.

Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin əsaslı təmir işlərinə başlanılıb.

Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped, eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv