“İran razılaşma əldə etmək istəyir”

“İran razılaşma əldə etmək istəyir”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İran, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət nəticə verdiyini və Tehranın sazişə hazır olduğunu açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

ABŞ lideri bildirib ki, Vaşinqton İranla məhsuldar müzakirələr aparıb:
"İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, onlar saziş bağlamağı çox istəyirlər", – deyə Tramp vurğulayıb.

Prezident eyni zamanda qeyd edib ki, İran istiqamətində əhəmiyyətli hərbi qüvvələr cəmləşdirilir.
"Böyük donanmamız bu bölgəyə doğru hərəkət edir və tezliklə orada olacaq. Görək nəticə nə olacaq", – deyə o əlavə edib.

Tramp mümkün razılaşmanın əsas şərtini də açıqlayıb:
"Ən vacib məqam odur ki, İranın nüvə silahı olmamalıdır. Əgər bu sazişi iki il əvvəl bağlamaq mümkün olsaydı, edərdik. O vaxt istəmirdilər, indi isə istəyirlər".

ABŞ prezidenti tərəflər arasında danışıqların növbəti raundunun gələn həftənin əvvəlində keçirilə biləcəyini də bildirib:
"Onlar saziş bağlamaq istəyirlər və istəməlidirlər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv