Tofiq Tağızadə: Azərbaycan kinematoqrafiyasının unudulmaz imzası

Tofiq Tağızadə: Azərbaycan kinematoqrafiyasının unudulmaz imzası






presstv

"Presstv"az #Aktyor, #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #İlham Əliyev, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 7-si Azərbaycan kinematoqrafiyasının parlaq simalarından biri, Xalq artisti, Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, ssenarist və aktyor Tofiq Tağızadənin dünyaya gəldiyi gündür.

presstvaz xatırladır ki, sənətkar 1919-cu il fevralın 7-də Bakı şəhərində anadan olub.

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini tamamlayan T.Tağızadə “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. O, burada çoxsaylı ekran əsərlərinə quruluş verib və səmərəli fəaliyyətinə görə “Azərbaycanın Xalq artisti” fəxri adına layiq görülüb.

Həmçinin sənətkar “Azərbaycanfilm” kinostudiyasında mövcud olan “Kinoaktyor” teatr studiyasına bədii rəhbərlik edib.

O, Üzeyir Hacıbəyovun məşhur musiqili komediyasının motivləri əsasında 1965-ci ildə ekranlaşdırılan rəngli və genişformatlı “Arşın mal alan” filminin quruluşçu rejissoru kimi tanınır. “Yeddi oğul istərəm” lenti ilə bağlı müəyyən ziddiyyətli məqamlara baxmayaraq, rejissor bu əsəri siyasi çalarla yükləməkdən çəkinərək, hadisələri fərqli rakursdan təqdim etməyi bacarıb.

Görkəmli kinoxadim 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Dövlət başçısı İlham Əliyev 2019-cu il yanvarın 24-də Tofiq Tağızadənin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi barədə sərəncam imzalayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv