Fiziki gücün pik həddə çatdığı yaş müəyyən edildi

Fiziki gücün pik həddə çatdığı yaş müəyyən edildi






presstv

"Presstv"az #Araşdırma, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnsanın fiziki göstəriciləri adətən düşünüldüyündən daha erkən yaşlardan etibarən azalmağa başlayır. Bu qənaətə isveçli alimlər bir neçə yüz nəfər üzərində apardıqları uzunmüddətli tədqiqatın nəticələrini təhlil etdikdən sonra gəliblər.

presstvaz xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Cachexia, Sarcopenia and Muscle” nəşrində dərc olunub.

Tədqiqat göstərib ki, dözümlülük və fiziki güc 26-36 yaş aralığında pik həddə çatır, bundan sonra isə məşq vərdişlərindən asılı olmayaraq, tədricən azalma müşahidə olunur.

Əvvəllər oxşar nəticələr əsasən fiziki hazırlıq səviyyəsi təxminən 30 yaşda zirvəyə çatan peşəkar idmançıların məlumatlarına əsaslanırdı. Lakin tədqiqat müəllifləri bildiriblər ki, peşəkar idmançıların göstəriciləri adi insanların fiziki imkanlarından əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də yeni araşdırma müxtəlif həyat tərzinə malik adi insanlara fokuslanıb.

Təhlil nəticələrinə əsasən, həm kişilər, həm də qadınlar 26-36 yaş arasında pik aerob və əzələ dözümlülüyünə çatırlar. Daha sonra bu göstəricilər ildə orta hesabla 0,3-0,6 faiz azalır, yaş artdıqca isə bu azalma tempi 2,5 faizə qədər yüksələ bilir. 63 yaşa qədər pik səviyyə ilə müqayisədə ümumi fiziki hazırlıq səviyyəsində azalma 30-48 faiz arasında dəyişir.

Əzələ gücü isə daha erkən yaşda zirvəyə çatır: kişilərdə orta hesabla 27, qadınlarda isə 19 yaşında. Bununla belə, sonrakı azalma tempi hər iki cins üçün oxşar xarakter daşıyır.

Alimlər qeyd edirlər ki, yaşla bağlı fiziki dəyişikliklər qaçılmazdır, lakin həyat tərzi hələ də mühüm rol oynayır. Mütəmadi fiziki fəaliyyət insanı daim pik vəziyyətdə saxlamasa da, fiziki göstəricilərin azalmasını əhəmiyyətli dərəcədə yavaşıda bilər.

Araşdırma zamanı müəyyən edilib ki, hətta yetkin yaşda idmana başlayan iştirakçılar belə, fiziki performanslarını təxminən 10 faiz yaxşılaşdıra biliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv