Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin direktoru: “Üç il əvvəl fəlakətdə 238 şagird həlak olub”

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin direktoru: “Üç il əvvəl fəlakətdə 238 şagird həlak olub”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #Heydər Əliyev, #İlham Əliyev, #Təhsil, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” yaşayış məhəlləsində inşa edilən Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin direktoru Murat Demirçi üç il əvvəl baş verən zəlzələdə təhsil müəssisəsində oxuyan 238 şagird və dörd müəllimin həlak olduğunu bildirib.

presstvaz xəbər verir ki, “Report”un Türkiyə bürosuna açıqlamasında M.Demirçi xatırladıb ki, zəlzələdən əvvəl buradakı məktəbdə 1 200-dən çox şagird təhsil alıb.

O bildirib ki, zəlzələdən sonra təhsil müəssisəsi tamamilə dağılmışdı:

“Dəhşətli fəlakət istər fiziki, istərsə də mənəvi baxımdan Kahramanmaraşdakı hər evə böyük zərbə vurdu. Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən bu ərazidə çox itkilər oldu. Həmin ərəfədə Azərbaycanın qardaş dəstəyini yaxından gördükdə, Kahramanmaraş sakinlərinin də istəyilə məktəbin adını dəyişib ulu öndər Heydər Əliyevin adını daşıması arzu olundu. Öncə şəhərin Onikişubat rayonunda yerləşən bu ərazinin adı Hayrullah məhəlləsi idi və bu rayonda Azərbaycan adını daşıyan prospekt vardı. Amma qardaşlarımızın yaxından dəstəyini hiss etdikdən sonra bizim istəyimizlə buraya bütünlüklə Azərbaycan adının verilməsini istədik. Çünki yaralarımızın sağalmasında ən çox dəstəyi məhz Azərbaycandan – həm dövlətdən, həm də xalqdan hiss etdik. Ona görə də həm Prezident İlham Əliyevə, həm də xalqınıza təşəkkür edirəm”.

Direktorun sözlərinə görə, Türkiyə üçün “əsrin fəlakəti” olan bu dəhşətli hadisədə ağır sarsıntılar yaşanılıb:

“Xüsusilə şagirdlərimizin psixoloji dəstəyə uzun müddət ehtiyacı olacaq. Amma bu sarsıntılar bizi daha da möhkəmləndirdi, sanki yenidən doğulduq. Şagirdlərimizi nikbin və türk milli kökə bağlı ruhda böyüdürük”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv