Tramp ən çox sevdiyi lideri açıqladı – FOTO

Tramp ən çox sevdiyi lideri açıqladı – FOTO






presstv

"Presstv"az #ABŞ, #Deportasiya, #Donald Tramp, #Salvador

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya liderləri ilə gərgin mübahisələri ilə tanınan ABŞ Prezidenti Donald Tramp Salvador Prezidenti Nayib Bukeleni “ən sevdiyi insanlardan biri” adlandırıb. Tramp xüsusilə Bukelenin cinayətkarlığa qarşı tətbiq etdiyi sərt metodları və böyük həbsxanalar sistemini yüksək qiymətləndirib.

presstvaz xəbər verir ki, Tramp bildirib ki, Bukele Salvadoru dünyanın ən təhlükəli ölkələrindən birindən ən təhlükəsiz yerinə çevirməyi bacarıb. ABŞ lideri qeyd edib ki, Bukelenin tikdirdiyi nəhəng həbsxana kompleksləri sayəsində minlərlə ağır cinayətkar küçələrdən təmizlənib.

Tramp özünəməxsus üslubda konkret rəqəm çəkərək qeyd edib: “Orada 11 888 qatil var idi və onların əksəriyyəti hazırda onun həbsxanalarındadır. Bukele möhtəşəm bir iş görür”. O, həmçinin vurğulayıb ki, ABŞ-də yaxalanan bəzi ağır cinayətkarlar, narkotik alverçiləri və qatillər məhz El Salvadora göndərilir.

Bukelenin insan haqlarını pozduğuna dair beynəlxalq tənqidlərə toxunan Tramp bildirib: “Bəziləri onun üçün ‘həyatımda gördüyüm en qəddar adam’ deyəcək. Amma mən bunu deməyəcəyəm”. Bununla Tramp təhlükəsizliyin təmin edilməsinin liberal hüquq müzakirələrindən daha üstün olduğunu qeyd edib.

Bu əməkdaşlığın bir hissəsi kimi, Salvador ABŞ-dən deportasiya edilən və ya ABŞ üçün təhlükə yaradan cinayətkar qruplaşma üzvlərini (xüsusilə MS-13 dəstəsi) qəbul etməyi öhdəsinə götürüb. Tramp bu addımın ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv