ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlandı – Trampdan mühüm tapşırıq

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlandı – Trampdan mühüm tapşırıq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #İtaliya, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Milanda Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirakını yekunlaşdırdıqdan sonra Azərbaycan və Ermənistana yola düşəcək.

presstvaz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

O, İtaliyada təşkil olunacaq idman yarışında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Qrupa Vensin həyat yoldaşı, dövlət katibi və ABŞ-nin İtaliyadakı səfiri daxildir.

Xəbərdə bildirilir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesində aktiv iştirak etməyi tapşırıb.

Qış Olimpiya Oyunlarının açılışı fevralın 6-da İtaliyanın Milan şəhərində keçiriləcək.

Xatırladaq ki, yanvarın sonunda Tramp Vensin Ermənistan və Azərbaycana səfər edəcəyini açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv