Tramp iki potensial xələfinin adını açıqladı – Konkret seçimi yoxdur

Tramp iki potensial xələfinin adını açıqladı – Konkret seçimi yoxdur






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp respublikaçıların növbəti seçkidə prezidentliyə iki layiqli namizədinin olduğunu bəyan edib. Ölkə başçısı vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu 2028-ci il seçkisində əsas varisləri hesab etsə də, onlar arasında seçim etmək istəməyib.

presstvaz xəbər verir ki, Tramp “NBC News”a verdiyi müsahibədə məsələyə münasibət bildirib:

“Respublikaçıların əla namizəd heyəti var. Bunun təfərrüatlarına varmaq istəmirəm, hələ üç ilimiz var. Mənim əla iş görən iki nəfərim var və mübahisə yaratmaq istəmirəm. Düşünürəm ki, hər ikisi çox ağıllıdır, onlardan biri daha diplomatikdir. Onların iş üslublarında bəzi fərqlər var”.

Qeyd olunur ki, vitse-prezident növbəti seçkidə partiyanın prezidentliyə namizədi kimi daha şanslıdır. Vens hələlik prezidentliyə namizədliyini düşünmədiyini, lakin 2026-cı il aralıq Konqres seçkisindən sonra Trampla bu barədə müzakirə aparmağa hazır olduğunu bildirib. Rubio özü də Vensi respublikaçıların prezidentliyə ən layiqli namizədi olduğunu deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv