BOK Olimpiadanın təxirə salınmasını nəzərdən keçirir

BOK Olimpiadanın təxirə salınmasını nəzərdən keçirir






presstv

"Presstv"az #Audi, #İtaliya, #Milan, #Qlobal istiləşmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qlobal istiləşmənin təsiri səbəbindən Qış Olimpiya Oyunlarının təxirə salınması imkanlarını araşdırır.

presstvaz bildirir ki, “Associated Press” bu barədə BOK Komissiyasının sədri Karl Ştossun açıqlamasına istinadən məlumat yayıb.

“Yəqin ki, biz həmçinin Qış Olimpiya Oyunlarının bir az daha tez – yanvar ayında keçirilməsini müzakirə edəcəyik, çünki bunun Paralimpiya Oyunlarına da təsiri var”, – K.Ştoss deyib.

O qeyd edib ki, 6-15 mart tarixlərində Milan və Kortina d Ampezzoda planlaşdırılan Paralimpiya Oyunlarının keçirilməsi çox gecdir, çünki hava artıq qarı əridəcək qədər istidir. Əsas Oyunların yanvar ayında, Paralimpiya Oyunlarının isə fevral ayında keçirilməsi ilə bağlı alternativ bir plan nəzərdən keçirilir.

Qeyd edək ki, Olimpiadanın 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçirilməsi nəzərdə tutulmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv