Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup zərərsizləşdirilib

Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup zərərsizləşdirilib






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Ermənistan, #Qəsdən adam öldürmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.

presstvaz News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bir qrup şəxs cinayətkar dəstə yaradaraq qanunsuz silah-sursat əldə edib, adam öldürməyə, quldurluq basqınlarına və mənzil oğurluqlarına hazırlaşıblar.

“Həmin şəxslər müxtəlif insanların şəxslərarası və maliyyə problemlərinə müdaxilə edərək, yüksək kriminal nüfuz statusuna malik şəxslərə müraciət ediblər, habelə kriminal subkultura daşıyan qruplaşmanın toplantılarında və fəaliyyətlərində iştirak ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Cinayətkar qruplaşmanın üzvlərinə qarşı qəsdən adam öldürməyə hazırlıq, adam öldürməyə cəhd, qanunsuz silah-sursat saxlama, xuliqanlıq, oğurluq, narkotik vasitələrin satışı və digər maddələrlə ittiham irəli sürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qruplaşmanın üzvləri saxlanılıblar. Dəstənin 10 üzvü barəsində dövlət tərəfindən cinayət təqibi başlanılıb. Hazırda ibtidai istintaq davam edir”, – deyə məlumatda vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv