Rusiyada teleaparıcıya qarşı “xarici agent işi” üzrə çıxarılmış hökm ləğv olundu

Rusiyada teleaparıcıya qarşı “xarici agent işi” üzrə çıxarılmış hökm ləğv olundu






presstv

"Presstv"az #Ailə, #Audi, #İspaniya, #Rusiya, #Teleaparıcı, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskva Şəhər Məhkəməsi teleaparıcı Tatyana Lazareva barəsində xarici agent kimi öhdəliklərini yerinə yetirməkdən yayınması ittihamı ilə çıxarılmış qiyabi hökmü ləğv edib.

presstvaz xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məhkəmə işi yenidən baxılması üçün müvafiq instansiyaya göndərib.

Qeyd edək ki, 2025-ci il oktyabrın 7-də Moskvanın Presnenski Rayon Məhkəməsi terrorizmə haqq qazandırmaq iddiası üzrə əvvəlki hökmü də nəzərə alaraq, Lazarevanı qiyabi qaydada yeddi il müddətinə azadlıqdan məhrum etmişdi.

Sonradan onun vəkili Leonid Solovyov bildirib ki, prokurorluq hökmün ləğvini tələb edib. Buna səbəb rayon məhkəmələrinin Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (xarici agentin öhdəliklərindən yayınma) üzrə işlərə baxmaq səlahiyyətinin olmamasıdır. Müdafiə tərəfi də həmin maddənin konstitusiyaya və beynəlxalq hüquq normalarına zidd olduğunu əsas gətirərək apellyasiya şikayəti verib.

Xatırladaq ki, Tatyana Lazareva 2022-ci ilin fevralında Ukraynada aparılan xüsusi hərbi əməliyyatı pislədikdən sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edib və hazırda İspaniyada yaşayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv