Kolumbiya prezidenti fikrini dəyişdi: “ABŞ-nin kəşfiyyat orqanları ilə əməkdaşlığı genişləndirəcəyik”

Kolumbiya prezidenti fikrini dəyişdi: “ABŞ-nin kəşfiyyat orqanları ilə əməkdaşlığı genişləndirəcəyik”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Gəmi, #Kolumbiya, #Maliyyə Nazirliyi, #Meksika, #Qustavo Petro, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə fikrindən daşındığını, əksinə, əməkdaşlığın genişləndirildiyini bəyan edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, Petro bunu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdən sonra deyib. Onun sözlərinə görə, narkotik ticarəti və onunla bağlı maliyyə axınları bir ölkənin sərhədlərini aşdığı üçün qərarını dəyişib.

2025-ci ilin noyabrında Kolumbiya prezidenti ABŞ-nin Karib dənizində narkotik daşıması ittihamı əsasında gəmilərə zərbələrindən sonra Birləşmiş Ştatların kəşfiyyat orqanları ilə əlaqələri dayandırmaq barədə əmr verdiyini açıqlamışdı.

Qeyd edək ki, fevralın 3-də Tramp və Petro Ağ Evdə görüşüblər. ABŞ Prezidenti bildirib ki, tərəflər narkotiklə mübarizədə əməkdaşlıq barədə razılığa gəliblər.

2025-ci ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi Kolumbiya prezidentinə, onun həyat yoldaşına və oğluna sanksiya tətbiq edib. Tramp Kolumbiya və Meksikanın narkokartellərin tam nəzarətində olduğunu iddia etsə də, Petro ittihamları əsassız sayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv