“Silk Way West Airlines” donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü “Boeing 777F” yük təyyarəsini təhvil alıb

“Silk Way West Airlines” donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü “Boeing 777F” yük təyyarəsini təhvil alıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Bakı, #Beynəlxalq Hava Limanı, #Gəmi, #Heydər Əliyev, #təyyarə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Silk Way West Airlines” donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü “Boeing 777F” yük təyyarəsini təhvil alıb. Təyyarə Sietldən Bakı şəhərinə birbaşa reyslə gətirilib. Bu addım aviaşirkətin uzunməsafəli yük donanmasının ardıcıl şəkildə modernləşdirilməsi istiqamətində atdığı növbəti mərhələni əks etdirir.

Yeni təhvil alınan təyyarə “Silk Way West Airlines” tərəfindən sifariş edilmiş altı “Boeing 777F” yük təyyarəsindən dördüncüsüdür və şirkətin strateji donanma inkişaf planlarının ardıcıl icrasını təsdiqləyir. Donanmanın yenilənməsi strategiyası çərçivəsində aviaşirkət iki “Boeing 747-400F” yük təyyarəsini istismardan çıxararaq əməliyyat səmərəliliyini və performans göstəricilərini daha da optimallaşdırıb. Qalan iki “Boeing 777F” yük təyyarəsinin təhvili 2027-ci ildə gözlənilir ki, bu da donanmanın yenilənməsi proqramının birinci mərhələsinin tamamlanmasını təmin edəcək.

“Dördüncü “Boeing 777F” yük təyyarəsinin donanmamıza qoşulması yenilənmə strategiyamız çərçivəsində atılan ardıcıl addımların davamıdır. Yeni nəsil yük təyyarələrinin istismara verilməsi əməliyyat imkanlarımızı genişləndirir, dayanıqlılıq hədəflərimizi dəstəkləyir və donanmanın modernləşdirilməsinin növbəti mərhələsi üçün etibarlı əsas formalaşdırır”, – deyə təyyarənin təhvili ilə bağlı “Silk Way West Airlines”ın prezidenti Volfqanq Mayer bildirib.

“Boeing 777F” hazırda istismarda olan ən müasir yük təyyarələrindən biri hesab olunur. Uzun uçuş məsafəsi, yüksək yükgötürmə qabiliyyəti və təkmilləşdirilmiş yanacaq səmərəliliyi ilə seçilən bu tip təyyarələr “Silk Way West Airlines”ın əməliyyat mükəmməlliyi, etibarlılıq və gələcəyə yönəlmiş inkişaf strategiyasına uyğun şəkildə donanmaya inteqrasiya olunur.

Son təyyarənin istismara qəbul edilməsi ilə “Silk Way West Airlines”ın aviaparkı 12 hava gəmisinə çatıb və donanmanın mövcud tərkibi aviaşirkətin uzunmüddətli yenilənmə strategiyasını əks etdirir. 2028-ci ildən etibarən aviaşirkət donanmanın modernləşdirilməsi proqramının ikinci mərhələsinə start verəcək. Bu mərhələ çərçivəsində dörd “Airbus A350F” və dörd “Boeing 777-8F” yük təyyarəsinin təhvili nəzərdə tutulur. Keçmiş nəsil hava gəmilərinin əvəzlənməsi ilə yanaşı, bu mərhələ daşınma qabiliyyətinin artımını təmin edəcək və “Silk Way West Airlines” şirkətinə əməliyyat fəaliyyətini genişləndirməyə imkan verəcək. İkinci mərhələnin 2030-cu ilədək tamamlanması planlaşdırılır və həmin vaxta qədər aviaşirkətin ümumi donanması 20 genişgövdəli hava gəmisinə çatacaq.

“Silk Way West Airlines” haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı “Boeing 777F”, “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını müasir “Boeing 777F”, “Boeing 777-8F” və “Airbus A350F” təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv