Təranə Salıfovaya vəzifə verildi

Təranə Salıfovaya vəzifə verildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #elmi tədqiqat, #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, #İqtisadiyyat Nazirliyi, #Magistratura, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.

presstvaz xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Təranə Salıfova Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb. 2016-2019-cu illərdə isə doktorantura təhsilini başa vurub. 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.

O, 2011-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.

2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, həmin ilin sentyabr ayından Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2024-cü ilin avqust ayında mərkəzin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Təranə Salıfova 2020-ci ildən etibarən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında tədris aparır. O, yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv