Azərbaycanda gənclərin neçə faizi işsizdir? – Rəqəmlər açıqlandı

Azərbaycanda gənclərin neçə faizi işsizdir? – Rəqəmlər açıqlandı






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Təhsil, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda 10 milyon 224 min əhalimizin 2 milyon 300 mini 14-29 yaşında olan vətəndaşlarımızdır”.

presstvaz xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

V.Bayramov bildirib ki, onların 1 milyon 206 mini kişi, 1 milyon 94 min isə qadındır. Rəsmi statistikaya əsasən, gənclərin 5.3 faizi işsizdir. Bu yaş qrupu üzrə işsizlik səviyyəsi kişilərdə 4.6, gənc xanımlar də isə 6.1 faizdir.

Deputat nəzərə çatdırıb ki, 2726 gəncimiz fəlsəfə, 578 nəfəri isə elmlər doktorluğu almaq üçün təhsillərini davam etdirir. Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb.

Onun sözlərinə görə, hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda olan gənclər təşkil edir:

“2024/2025-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onun 212-si MDB ölkələrini, qalanı isə digər dövlətləri seçib. Gənclərimizin təhsilə marağının yüksəlməsi onların cəmiyyətin inkişafında daha fəal iştirakından xəbər verir”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv