"Reels" izləmək siqaret və içkidən 5 dəfə çox zərərli imiş

"Reels" izləmək siqaret və içkidən 5 dəfə çox zərərli imiş






presstv

"Presstv"az #Araşdırma, #Kitab, #Siqaret, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə populyarlığı sürətlə artan qısa video platformaları – xüsusilə TikTok və oxşar tətbiqlər – insan beyninin işləmə mexanizminə ciddi təsir göstərir. Aparılan elmi araşdırmalar bu platformaların həddindən artıq istifadəsinin diqqət, yaddaş və özünüidarəetməyə cavabdeh beyin bölgələrində zəifləməyə səbəb olduğunu ortaya qoyub.

presstvaz xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, "Reels" izləmək "alkoqol və siqaretin beynə vurduğu ziyandan 5 dəfə daha çox ziyan vurur. Sürətlə dəyişən və fasiləsiz axan görüntülər beynin mükafat sistemini həddindən artıq stimullaşdırır. Bu proses ani və tez-tez təkrarlanan dopamin artımları yaradır ki, bu da asılılıq mexanizmlərinə bənzər təsir göstərir.

"Popkorn beyni" sindromu nədir?

Alimlər bu vəziyyəti "popkorn beyni" (popcorn brain) anlayışı ilə izah edirlər. Bu termin beynin davamlı stimullaşmaya alışması nəticəsində uzunmüddətli diqqəti qorumaqda çətinlik çəkməsi, dərin düşünmə qabiliyyətinin zəifləməsi, real həyatın normal tempinin "yavaş və darıxdırıcı" kimi qəbul edilməsi ilə xarakterizə olunur.

Araşdırmalara əsasən, qısa video məzmununa tez-tez məruz qalan şəxslər kitab oxumaq, dərsə və ya işə fokuslanmaq kimi fəaliyyətlərdə daha tez yorulur və diqqətini itirir.

Mütəxəssislər vurğulayır ki, texnologiya tamamilə zərərli deyil, lakin nəzarətsiz və həddindən artıq istifadə beynin təbii işləmə sisteminə mənfi təsir göstərir. Qısa video platformalarından balanslı istifadə etmək həm zehni sağlamlığı qorumaq, həm də diqqət və məhsuldarlığı artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv