Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş






presstv

"Presstv"az #"Mançester Yunayted", #Audi, #Bıçaq xəsarəti, #Bıçaqlanma hadisəsi, #Əlbəyaxa dava, #Futbol, #Gəncə şəhəri, #Hadisə, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

presstvaz Matc.az-a istinadən xəbər verir ki, “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.

Əlbəyaxa davada iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. “Kəpəz”in yetirməsi olan Fərəci hazırda icarə əsasında “Şəki Siti” klubunun formasını geyinir.

Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə “Mançester Yunayted”in Yay Futbol Məktəbində iştirak edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv