Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi

Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Donald Tramp, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ administrasiyası Harvard Universitetindən qanun pozuntularına görə bir milyard dollar təzminat tələb edir.

presstvaz xəbər verir ki, bu barədə Prezident Donald Tramp “Truth Social” şəbəkəsində yazıb:

“Biz indi bir milyard dollarlıq ziyanın ödənilməsini tələb edirik və gələcəkdə Harvard Universiteti ilə heç bir əlaqə saxlamaq istəmirik”.

O, universiteti antisemitizmdə ittiham edib və orada qabarıq qanun pozuntularının baş verdiyini bildirib.

Keçən il administrasiya universitetin siyasətində dəyişikliklər etməsini tələb etmiş və bunu yəhudi mənşəli tələbələrin antisemitizmdən qorunması zərurəti ilə əsaslandırmışdı. Həmçinin universitetə qarşı bir sıra digər tədbirlər görülüb.

Tramp ali təhsil müəssisəsinin siyasi təşkilat kimi tanınmasını və vergi güzəşti hüququndan məhrum olunmasını təklif edib.

ABŞ Təhsil Nazirliyi universitet üçün 2.2 milyard dollarlıq qrantları və 60 milyon dollarlıq uzunmüddətli müqavilələri dondurduğunu açıqlayıb.

2025-ci ilin oktyabrında Tramp bildirmişdi ki, Harvard nümayəndələri ilə əldə olunan razılığa əsasən universitet təxminən 500 milyon dollar ödəyəcək və peşə təhsil müəssisələrində süni intellektlə bağlı təlim proqramları həyata keçirəcək.

Lakin bazar ertəsi yayımlanan açıqlamada Tramp universitetin bu addımlarını yetərsiz saydığını bildirib. O, həmçinin, administrasiyanın artıq universitetdən pul istəməməsi barədə “The New York Times” qəzetində yer alan məlumatı təkzib edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv