Suraxanıda çirkab sular təhlükə yaradır – Kanalizasiya borusu niyə əsaslı təmir olunmur?

Suraxanıda çirkab sular təhlükə yaradır – Kanalizasiya borusu niyə əsaslı təmir olunmur?






presstv

"Presstv"az #Audi, #Bakı, #Günəş, #Hakim, #Suraxanı rayonu, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində çirkab sular axan borunun tam təmir olunmaması sakinlərin narazılığına səbəb olub.

presstvaz xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Qeyd olunub ki, Zeytun küçəsində tullantı sularının axdığı boruda baş verən qəza əsaslı şəkildə aradan qaldırılmayıb:

“Problem yaranan borunu tam dəyişmək əvəzinə calaq ediblər. Məsələni köklü həll etmək lazımdır ki, gələcəkdə ciddi risklərlə üz-üzə qalmayaq”.

presstvaz-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Günəşli qəsəbəsinin Zeytun küçəsindən diametri 1000 mm olan tullantı su kollektoru keçir:

“Kollektorun üzərində yaşayış evlərinin, hasarların tikilməsi şəbəkənin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Şəbəkənin evlərin altında qalması nəticəsində xətdə 3 nöqtədə qəzalı hal qeydə alınıb. Həmin qəzalardan biri hasarın altında yerləşən yerdə olduğu üçün vətəndaşla razılığa gəlinib, hasar sökülərək qəza aradan qaldırılıb. Lakin digər 2 qəzalı nöqtə isə yaşayış evlərinin altındadır, belə olduğu halda xətdə müdaxilə edib təmir işlərini görmək qeyri-mümkündür. Hazırkı vəziyyətdə evlərin şəbəkənin üzərində yerləşməsi kollektorun təmiri və bərpasına imkan vermir. Rayon sukanal idarəsi əraziyə baxış keçirib, mövcud vəziyyət dəyərləndirilib. Həmçinin ünvana gələn Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və sukanal idarəsinin iştirakı ilə vəziyyətlə bağlı akt tərtib olunub. Məsələyə dair müvafiq qurumlara Xidmət tərəfindən rəsmi müraciətlər ünvanlanıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv