Telefon zəngi həyatını alt-üst etdi: Dələduzlar Kürdəxanı sakininin başına oyun açdılar

Telefon zəngi həyatını alt-üst etdi: Dələduzlar Kürdəxanı sakininin başına oyun açdılar






presstv

"Presstv"az #Audi, #Hadisə, #Sabunçu rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dələduzlar telefonuna daxil olaraq həm bank hesabındakı pulu oğurlayıblar, həm də adına kredit götürüblər.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Elman Məmmədovun başına gəlib. O deyir ki, dələduzlar ona bank işçisi və polisin adından zəng edib, saxta sənəd göndərərək aldadıblar.

Telefonla görüntülü danışarkən dələduzlar Elman Məmmədovun mobil cihazına daxil olaraq onu ingilis dilinə dəyişiblər və bildiriblər ki, guya bank hesabını qorumaq üçün edirlər. Səhəri gün aydın olub ki, dələduzlar onun bank hesabındakı 3 000 manatı oğurlamaqla yanaşı, adına 8 900 manat kredit də götürüblər.

Maraqlısı isə odur ki, Elman Məmmədovun sözlərinə görə, bir ay əvvəl banka kredit üçün müraciət edəndə imtina cavabı alıb.

Lakin dələduzlar yüksək məbləğdə kredit götürə biliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv