Adil Qeybulla: “Fəsil keçidi dövrü sağlamlıq üçün ən riskli vaxtlardır”

Adil Qeybulla: “Fəsil keçidi dövrü sağlamlıq üçün ən riskli vaxtlardır”






presstv

"Presstv"az #Audi, #Günəş, #Həkim, #Mədə-bağırsaq xəstəlikləri, #Sağlamlıq, #Stres, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqlim dəyişiklikləri və temperaturun tez-tez dəyişməsi insanların gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir. Bir çox insan havanın soyuması və ya qəfil istiləşməsi zamanı halsızlıq, yorğunluq, yuxululuq və immun sisteminin zəifləməsi kimi problemlərlə qarşılaşır. Bu hallar xüsusilə uşaqlar, yaşlılar və işləyən insanlar arasında daha çox müşahidə olunur. Bəs hava şəraiti ilə insan orqanizmi arasında hansı əlaqə var?

Paytaxt sakinləri bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

“Fəsillərlə birbaşa əlaqəsi olduğunu düşünmürəm. Məncə, bu daha çox insanların qida rasionunun zəif olması ilə bağlıdır. Fastfud tipli qidaların çox istehlakı nəticəsində orqanizm lazımi vitaminləri ala bilmir”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə qeyd edib: “Ola bilsin ki, insan orqanizmi müəyyən fəslə uyğunlaşır və növbəti fəsildə dəyişikliklərə adaptasiya etməkdə çətinlik çəkir”.

Həkim Adil Qeybullanın sözlərinə görə, soyuqdan istiyə və istidən soyuğa keçid dövrlərində bir sıra xəstəliklərin kəskinləşməsi müşahidə olunur: “Xüsusilə mədə-bağırsaq xəstəlikləri, onikibarmaq bağırsaq xorası, bəzi nevrozlar, ürək-damar xəstəlikləri, tromboz və digər ağırlaşmalar bu dövrlərdə daha çox qeydə alınır. Bu, əsasən orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşma prosesində yaşadığı streslə izah olunur”.

O qeyd edib ki, xəstə şəxslər, hamilə qadınlar, yaşlı insanlar və orqanizmin müdafiə resursları zəif olan şəxslər sözügedən keçid dövrlərini daha çətin keçirirlər. Buna görə də onlar sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.

Mütəxəssislər bildirirlər ki, oksigenlə zəngin şimal küləyində gəzinti, günəş şüalarından mütəmadi faydalanmaq, musiqi dinləmək, vitamin və minerallarla zəngin qidaların rasionda üstünlük təşkil etməsi, eləcə də müasir dövrdə həyatımızda mühüm yer tutan texnologiyalardan mümkün qədər az istifadə etmək immun sisteminin gücləndirilməsinə kömək edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv