Yanvarda cəmi 2 gün hava normada olub

Yanvarda cəmi 2 gün hava normada olub






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ilin yanvar ayında Azərbaycanda havanın temperaturu 19 gün iqlim normasından yuxarı (0.9-8.8 dərəcə), 10 gün normadan aşağı (0.7-1.9 dərəcə), 2 gün isə norma daxilində olub.

presstvaz xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır.

Nazim Mahmudovun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq yanvarın 12-də qeydə alınıb.

"Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə (Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb. Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub".

Xidmət rəisi qeyd edib ki, bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb:

"Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran-Astara zonasına (128.2-206.4 mm) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 sm təşkil edib".

O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib./Report


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv