Mingəçevir Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İdman, #Sağlam həyat tərzi, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ilin 2 fevral tarixində Azərbaycan Gəncləri Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı, Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kür Olimpiya Tədris İdman Mərkəzində idman və həmrəylik ruhunda tədbir keçirilib.

Tədbir çərçivəsində universitet əməkdaşları üçün səhər yeməyi təşkil edilib. Səmimi və xoş ovqatda keçən görüşdə Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxış edərək universitetin rektoru Anar Eminovun 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik mesajını səsləndirib, gənclərin ölkənin ictimai, elmi və sosial həyatındakı rolunu xüsusi vurğulayıb.

Görüş zamanı universitetin ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc əməkdaşa MDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir daha sonra Kür Olimpiya Tədris İdman Mərkəzinin idman zalında davam etdirilib. Öncədən qeydiyyatdan keçmiş universitet əməkdaşlarından ibarət komandalar arasında voleybol turniri keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan turnirin yekununda “Birlik” komandası I yerə, “Şimşək” komandası II yerə, “Marvel” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar diplom və kuboklarla təltif olunublar.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin və universitet əməkdaşlarının sağlam həyat tərzinə təşviqi, kollektiv ruhunun gücləndirilməsi və Azərbaycan Gəncləri Gününün əlamətdar şəkildə qeyd edilməsi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv