Sınıq pivə butulkası ilə 33 yaşlı kişini xəstəxanalıq etdi – Ağsudakı cinayətin təfərrüatı

Sınıq pivə butulkası ilə 33 yaşlı kişini xəstəxanalıq etdi – Ağsudakı cinayətin təfərrüatı






presstv

"Presstv"az #Audi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağsu rayonunda 33 yaşlı kişiyə şüşə qırığı ilə xəsarət yetirilməsi hadisəsinin təfərrüatı məlum olub.

presstvaz-ın əldə etdiyi məlumata görə, hadisə rayonun PMK adlanan yaşayış massivində, cinayətdə təqsirləndirilən Murad Muradovun evində baş verib.

Hər iki şəxs eyni məhəllədə qonşu yaşayırmış. Ağamir Ağagül oğlu Əkbərli qonşulardan eşidib ki, guya Murad Muradov onun arxasınca söyüş söyüb. O, bununla bağlı Murada telefonla zəng etsə də, Murad telefona cavab verməyib. Bundan əsəbiləşən Ağamir gecə saatlarında Muradın yaşadığı evə gəlib və onunla söhbət etməyə başlayıb. Söhbət zamanı Ağamir Muradı söyüb. Bundan sonra Murad evdəki pivə butulkasını sındıraraq, şüşənin qırığı ilə Ağamirə qarın nahiyəsindən ağır xəsarət yetirib. Ağamir qonşuların köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv