Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün bunu edin






presstv

"Presstv"az #Ailə, #Ailə həkimi, #Araşdırma, #Həkim, #Omega-3, #Qrip, #Sağlamlıq, #Soyuqdəymə, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi viruslardan qorunmağın ən təsirli üsullarından biri nə əlavələr, nə də xüsusi prosedurlardır, adi gecə yuxusudur. Onun sözlərinə görə, keyfiyyətli yuxu orqanizmin təbii sipəri kimi fəaliyyət göstərir və infeksiya riskini xeyli azaldır.

Bu barədə presstvaz xarici mediaya istinadla xəbər verir ki, könüllülərlə aparılan bir araşdırmaya əsasən, soyuqdəymə virusu ilə qəsdən təmas etdirilib və məlum olub ki, sutkada yeddi saatdan az yuxu alan insanlar üç dəfə daha çox xəstələnirlər. Bundan əlavə, yuxunun pozulması və ya səthi olması, yaş, stres, çəki və alkoqol istifadəsi kimi amillər nəzərə alınsa belə simptomların yaranma ehtimalını təxminən beş yarım dəfə artırıb.

Nyutonun sözlərinə görə, yuxu zamanı immun sistem aktiv şəkildə sitokinlər, müdafiə hüceyrələri və anticisimlər istehsal edir. Orqanizm kifayət qədər dincəlmədikdə isə bu "müdafiəçilərin" sayı azalır və viruslar üçün yol açılır. Həkim yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl cihazlardan istifadənin azaldılmasını, yataq otağının sərin saxlanılmasını və gündə ən azı əlavə 15-30 dəqiqə istirahət etməyi tövsiyə edir.

Sonda həkim qeyd edib ki, yaxşı yuxu yalnız soyuqdəymənin profilaktikası üçün deyil, həm də psixi sağlamlıq, yaddaş və ümumi orqanizm vəziyyəti üçün vacibdir.

Bundan başqa, digər mütəxəssis doktor Surac Kukadiya yuxu zamanı hansı pozadan uzaq durmaq lazım olduğunu açıqlayıb. Onun sözlərinə görə, qarın üstə yatmaq qabırğa ilə döş sümüyü arasındakı birləşmə nahiyəsində iltihab kostoxondrit yarada bilər. Gün ərzində ağır yük qaldırmaq və düzgün olmayan bədən duruşu ilə birləşən uzunmüddətli təzyiq bu ağrılı vəziyyətin yaranma riskini artırır.

Xatırladaq ki, qışda immuniteti gücləndirmək düşündüyünüzdən daha asandır. Bunun üçün qış rasionunuz A, C, E vitaminləri və omega-3 ilə zəngin olmalıdır. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv