Aktrisa Ketrin O’Haranın müəmmalı ölümü: Nadir xəstəlik?

Aktrisa Ketrin O’Haranın müəmmalı ölümü: Nadir xəstəlik?






presstv

"Presstv"az #Audi, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünən Los-Ancelesdə vəfat edən məşhur aktrisa Ketrin O’Haranın rəsmi ölüm səbəbi hələ açıqlanmayıb.

presstvaz “Daily Mail”ə istinadən xəbər verir ki, aktrisa nadir xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd olunub ki, O’Hara 71 yaşında, qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Aktrisa sonuncu dəfə 2025-ci ilin sentyabrında “Emmi” mükafatının təqdimetmə mərasimində ictimaiyyət qarşısına çıxıb. Mətbuat onun “olduqca zəifləmiş” göründüyünü qeyd edib.

K.O’Hara əvvəllər situs inversus diaqnozundan əziyyət çəkirmiş. Bu, insanların böyük əksəriyyəti ilə müqayisədə ürək və daxili orqanların əks istiqamətdə yerləşdiyi nadir anadangəlmə bir xəstəlikdir.

“Mən qərb təbabətini sevirəm, amma onun bir hissəsi olmaq istəmirəm”, – aktrisa müsahibələrinin birində belə demişdi.

Situs inversus xəstəliyinə 10 000 insandan 1-də və daha çox kişilərdə rast gəlinir. Adətən ürək, ağciyərlər, mədə, qaraciyər və dalaq da daxil olmaqla əsas orqanlara təsir göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv