Sürücülərin “qaranlıq imtahanı”: Magistral yolda işıqlar niyə söndürülüb?

Sürücülərin “qaranlıq imtahanı”: Magistral yolda işıqlar niyə söndürülüb?






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Qazax, #Ucar rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində uzun müddətdir davam edən işıqlandırma problemi sürücülər və sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

presstvaz “Xəzər TV”yə istinadən xəbər verir ki, Qaracallı, Alpi, Quləbənd, Qaradağlı, Qaziqumlaq və digər kəndlərin ərazisindən keçən magistralda işıq dirəkləri mövcud olsa da, onların əksəriyyəti işlək deyil. Nəticədə yol gecə saatlarında tam qaranlıq olur.

Sürücülər bildirirlər ki, xüsusilə qış aylarında, dumanlı və yağışlı havalarda vəziyyət daha da təhlükəlidir. Yolun nə asfalt örtüyü, nə də xətləri görünür.

Sakinlərin sözlərinə görə, problem illərdir davam edir. Əvvəllər yol işıqlandırılsa da, sonradan işıqlar tamamilə söndürülüb. Eyni magistral yolun digər rayonlardan keçən hissələrində işıqlandırmanın işlək vəziyyətdə olması, Ucar ərazisində isə yanmaması sual doğurur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən təsdiqləyiblər ki, yolun bəzi hissələrində bu vəziyyət müşahidə olunur. Problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb və maliyyə vəsaiti ayrıldıqdan sonra işıqlandırma sistemi bərpa ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv